Digər

Hərbi təyyarə qəzaya uğradı: ölənlər var

23 Dec 2025, 08:26 1 baxış
Hərbi təyyarə qəzaya uğradı: ölənlər var

Meksikanın tibbi yardım missiyasını yerinə yetirən Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "King Air ANX 1209" təyyarəsi ABŞ-ın Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş etməyə yaxınlaşarkən qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə Meksikanın ABŞ-dakı Konsulluğu məlumat yayıb.


Bildirilib ki, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.


Məlumata görə, ölənlərdən üçü və itkin düşən bir nəfər HDQ-nin hərbi qulluqçularıdır. Ölən digər iki nəfər təyyarə ilə təxliyə edilən xəstə və onun həkimidir. Xəstənin müşayiətçisi və tibb bacısı sağ qalıb.


Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər