Digər
ABŞ-ı könüllü tərk edən miqrantlara 3 min dollar veriləcək
ABŞ administrasiyası ölkəni könüllü tərk edən qanunsuz miqrantlar üçün mükafatı 3 min dollara çatdırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə daxili təhlükəsizlik katibi Kristi Noem X-də məlumat verib.
O, bu ödənişin cari ilin sonuna qədər ölkəni könüllü tərk etmək üçün müraciət edənlərə veriləcəyini açıqlayıb.
Noemin sözlərinə görə, ABŞ hökuməti miqrantların təyyarə biletlərinin pulunu ödəyəcək. Bundan əlavə, immiqrasiya pozuntularına görə cərimələr və digər cəzalar bağışlanacaq.
Qeyd edək ki, bu ilin yanvar ayından bəri 1.9 milyon qanunsuz immiqrant ABŞ-ı könüllü tərk edib.
Mənbə
axar.az