Digər
Baş nazir ölkənin ən böyük tunelinin açılışını belə etdi - Video
27 il davam edən tikinti işlərindən sonra Slovakiyanın ən böyük tunelinin açılışı olub.
Axar.az xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso Feysbuk hesabında paylaşım edib.
Tunelin açılışını Fitso qeyri-adi şəkildə edib. Belə ki, o, roller konkilərlə hərəkət edərək tuneldə irəliləyib.
Qeyd edək ki, 1990-cı illərin sonlarında başlayan tikinti prosesi çoxsaylı fasilə və gecikmələrlə 27 ildən çox davam edib. Tunelin uzunluğu 7,5 km-dir.
Mənbə
axar.az