Cəmiyyət

Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu

22 Dec 2025, 21:12 13 baxış
Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu
Milli Olimpiya Komitəsində yeni təyinat olub. Oxu.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri təyin edilib. Qeyd edək ki, Ceyhun Rəhmanov Azərbaycan nümayəndə heyətinin tərkibində Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalları (EYOF) və İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş, komanda idarəçiliyi və beynəlxalq koordinasiya sahəsində fəaliyyət göstərib. Eyni zamanda o, 2025-ci ilin aprel ayından etibarən Azərbaycan Cüdo Federasiyasında proqramlar üzrə menecer vəzifəsində çalışıb, idman, təhsil və inkişaf layihələrinin icrasında fəal iştirak edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər