Cəmiyyət

Təbriz bazarında qiymətlər şoka saldı - Video

22 Dec 2025, 20:49 14 baxış
Təbriz bazarında qiymətlər şoka saldı - Video

Təbriz bazarındakı qiymətləri təəccüb doğurub.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Pələng Kərimov adlı bloger paylaşım edib.


O, bazarda satıcılardan müxtəlif məhsulların qiymətlərini soruşaraq izləyiciləri ilə bölüşüb və tərəvəzlər başda olmaqla, bir sıra məhsulların ucuzluğu diqqət çəkib.


Blogerin bildirdiyinə görə, Təbriz bazarında qiymətlər aşağıdakı kimidir:


Pomidorun kiloqramı – 58 qəpik


Xiyarın kiloqramı – 45, 64 və 77 qəpik


Bananın kiloqramı – 1.30, 1.50 və 2.10 manat


Kartofun kiloqramı – 40 qəpik


Badımcanın kiloqramı – 46–52 qəpik


Göyərtilərin kiloqramı – 32 qəpik


Bundan başqa, o həmçinin Təbriz bazarında qızılın qramının 80–90 dollar, əl toxuması olan xalçaların qiymətinin isə 400–900 dollar arasında dəyişdiyi bildirib.


Mənbə axar.az

Oxşar Xəbərlər