Cəmiyyət

"Azəriqaz"ın rəsmisi: "Ağdərə, Xocalı və Xocavənd xidmət sahələrində yeni qaz xətləri çəkilib"

19 Dec 2025, 14:32 1 baxış
"Azəriqaz"ın rəsmisi: "Ağdərə, Xocalı və Xocavənd xidmət sahələrində yeni qaz xətləri çəkilib"
"Azəriqaz" İstehsalat Birliyi Qarabağda növbəti illərdə ümumi qazlaşma prosesləri aparılacaq". Oxu.Az-ın Xankəndi şəhərinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda idarənin Xankəndi xidmət sahəsində bərpa-təmir işləri aparılır: "Xankəndi şəhərində mövcud qaz kəmərlərindən istifadə olunur. 2024-2025-ci illər ərzində Ağdərə xidmət sahəsi üzrə ümumilikdə təqribən 80 min poqonometr, Xocalı xidmət sahəsində 68 min poqonometr, Xocavənd xidmət sahəsi 75 min poqonometrə yaxın daşıyıcı və paylayıcı qaz xətləri çəkilib". O qeyd edib ki, diametri 530 mm-lik olan daşıyıcı xətlərdən 400 metrə yaxını 426 millimetrlik polietilen boru ilə əvəz olunub. Mövcud xətlərin təmir və bərpası nəticəsində hazırda abonentlərə qaz verilişi təmin edilir. İş icraçısı Ələddin Aşıralıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azəriqaz İstehsalat Birliyi işğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinin qazlaşdırılmasını davam etdirir.
O bildirib ki, kənd ərazisində nəzərdə tutulan 15 000 paqonmetr qaz xəttindən artıq 12 000-i çəkilib: "Eyni zamanda 130 fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 ev təbii qazla təmin ediləcək. Müxtəlif diametrli borularla çəkilən qaz xətləri ümumilikdə 300 ev üçün nəzərdə tutulub". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər