Cəmiyyət

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18 Dec 2025, 22:01 1 baxış
Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital”ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb.


Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir.


Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 26 583 862.06 manata çatıb.


Qeyd edək ki, "Caspian International Hospital” 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi və baş direktoru Abbasov Cəbrayıl Neymət oğludur.

Mənbə axar.az

Oxşar Xəbərlər