Cəmiyyət

"Ayntraxt" klubu "Qarabağ"la oyuna azarkeşsiz çıxacaq: UEFA-dan sərt qərar

18 Dec 2025, 14:50 1 baxış
"Ayntraxt" klubu "Qarabağ"la oyuna azarkeşsiz çıxacaq: UEFA-dan sərt qərar
UEFA-nın (Avropa Futbol Assosiasiyaları İttifaqı) Nəzarət-Etika və İntizam Komitəsi Frankfurtun "Ayntraxt" klubunun azarkeşlərinin Çempionlar Liqasında "Qarabağ"la səfər oyununa qatılmasını qadağan etmək qərarına gəlib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Komitənin saytında məlumat verilib. UEFA əvvəlki oyunda "Ayntraxt"ın "Barselona"ya məğlubiyyətindən sonra azarkeşlərin qəzəblənərək pirotexniki vasitələrdən istifadə etmələrinə, fişənglər yandırmalarına və stadionun tualetlərini dağıtmalarına görə "Qarabağ"la Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək səfər oyunu üçün bilet satışına məhdudiyyət qoyub. Həmçinin "Ayntraxt" 38 000 avro cərimələnib. "Frankfurtun "Ayntraxt" klubu 30 000 avro məbləğində cərimə edilsin və ona UEFA klub turnirinin əlavə bir səfər oyunu üçün öz azarkeşlərinə bilet satması qadağan edilsin. Zərər vurduğuna görə isə "Ayntraxt"dan 8 000 avro tutulsun. "Ayntraxt"dan azarkeşlərinin qonaq sektorunun tualetlərinə vurduqları ziyanın aradan qaldırılması üçün bu qərarın bildirildiyi tarixdən etibarən 30 gün ərzində "Barselona" ilə əlaqə saxlaması tələb edilsin", - deyə saytın məlumatında bildirilib. Xatırladaq ki, "Qarabağ"-"Ayntraxt" oyunu 2026-cı il yanvarın 21-nə, saat 21:45-ə planlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər