Digər

Karapetyanın həbsindən sonra ruslar qorxur... - Kalugin

16 Dec 2025, 13:55 1 baxış
Karapetyanın həbsindən sonra ruslar qorxur... - Kalugin

Rusiyalı sahibkarlar iş adamı Samvel Karapetyanın həbsindən sonra Ermənistandakı layihələrinin perspektivlərindən ehtiyat etməyə başlayıb.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib.


“Siqnalları çatdırırıq ki, belə bir şəraitdə digər sahibkarlarımız Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə, onun investisiya mühitinin dayanıqlığı barədə suallar verməyə başlayıblar, bu da ikitərəfli ticarətin artan dinamikasının qorunmasına xidmət edə bilməz”, - o bildirib.


Qeyd edək ki, Rusiya və Ermənistan arasında ticarət həcminin bu il ötən illə müqayisədə iki dəfə azalacağı gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər