Digər
Münaqişənin həllinə çox yaxınıq - Tramp
Ukrayna münaqişəsinin nizamlanmasına əvvəlkindən daha yaxınıq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı danışıb.
“Düşünürəm ki, indi biz Ukraynada nizamlanmaya heç vaxt olmadığı qədər yaxınıq”, - deyə Tramp vurğulayıb.
ABŞ lideri həmçinin Ukrayna və Avropa ölkələrinin rəhbərləri ilə aparılan danışıqların müsbət getdiyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski ilə uzun müzakirəsi olub.
Mənbə
axar.az