Digər

Növbəti danışıqlar raundu Mayamidə keçirilə bilər

16 Dec 2025, 01:16 1 baxış
Növbəti danışıqlar raundu Mayamidə keçirilə bilər

Vaşinqton və Kiyev bu həftə sonu Mayamidə növbəti danışıqlar raundu keçirə bilərlər.


Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.


Bildirilib ki, danışıqlarda hər iki ölkədən işçi qruplarının və hərbi personalın iştirakı gözlənilir.


Qeyd edək ki, Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkov və ABŞ liderinin kürəkəni Cared Kuşner arasında danışıqların ikinci mərhələsi baş tutub.


İlk görüş ötən gün olub və beş saatdan çox davam edib.

Mənbə axar.az

Oxşar Xəbərlər