Dünya

Avstraliyada iki silahlı şəxs çimərlikdə ətrafdakılara atəş açdı: Azı 10 nəfər həlak oldu

14 Dec 2025, 14:00 1 baxış
Avstraliyada iki silahlı şəxs çimərlikdə ətrafdakılara atəş açdı: Azı 10 nəfər həlak oldu
Avstraliyanın Sidney şəhərində Hanukka yəhudi bayramının qeyd edilməsi zamanı Bondi çimərliyində atışma baş verib. Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki kişi avtomobildən çıxaraq ətrafdakılara atəş açıb. Məlumata görə, azı 12 dəfə atəş açılıb. İnsident nəticəsində aralarında uşaqların da olduğu 10 nəfər həlak olub, 60 nəfər isə yaralanıb. Bayramın keçirildiyi yerə 2 000 nəfərin toplaşdığı qeyd edilir. İki silahlı şəxsdən biri zərərsizləşdirilib, digər isə yaralı halda ələ keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər