Digər

Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi

13 Dec 2025, 11:04 1 baxış
Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi
Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib. Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenant Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib. Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların "N" saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər