Maraqlı
Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ
Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokada qurbanlarının əşyalarının nümayiş olunduğu sərgidə qadın siluetini lentə alıb. Ekskursiya başa çatdıqdan sonra gənc qız fotolara yenidən baxarkən şüşə arakəsmədə "qadın üzünün cizgilərini" müşahidə edib. Gənclər qrupu digər şəkilləri də yoxlasalar da, şüşədə əks olunanın kim ola biləcəyini anlaya bilməyiblər. Nərgizə ehtimal edir ki, fotodakı siluet sərgidəki əşyaların - qab-qacağın, çörək kartlarının və mühasirə iştirakçılarının digər şəxsi əşyalarının keçmiş sahiblərindən birinə aid ola bilər. Qızın sözlərinə görə, çəkiliş zamanı onların yaxınlığında həmin simaya bənzəyən heç kim olmayıb. O, fotoda görünən əksin tamamilə mistik bir varlıq olduğunu vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər