Digər
Bolqarıstanda kütləvi etirazlar: hökumət istefa verdi - Video
Bolqarıstanda kütləvi etirazlar öz nəticəsini verib.
Axar.az xəbər verir ki, aksiyaçıların tələbləri nəticəsində hökumət istefa verməyi qəbul edib.
Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyada və digər şəhələrdə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar hökumətin istefasını tələb edirdilər. Həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsi tələblər siyahısındadır.
Daha öncə də Bolqarıstanın Baş naziri Rosen Jelyazkov istefa verib.
Mənbə
axar.az