Digər
Türkiyənin Aralıq və Qara dəniz sahillərində zəlzələ oldu
Türkiyənin Kastamonu şəhərinin sahillərində 4,1 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanların 6,07 km dərinlikdə meydana gəldiyi bildirilib.
Bundan əlavə, Mersinin Anamur ilçəsi sahilində isə 4,2 maqnitudada zəlzələ qeydə alınıb.
İlkin məlumata görə, yaşayış məntəqələrində təkanlar hiss edilib.
Dağıntı ilə bağlı hər hansı informasiya yoxdur.
Mənbə
axar.az