Digər

Nərgiz Məhəmmədi həbs olundu

12 Dec 2025, 21:07 10 baxış
Nərgiz Məhəmmədi həbs olundu

2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi qatıldığı anım tədbirində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, o, ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə tutulub.


N.Məhəmmədinin Parisdə yaşayan əri Tağı Rəhmaninin X sosial şəbəkəsində yazdığına görə, onunla birlikdə daha bir neçə fəal saxlanılıb.


Onun qardaşı Mehdi Məhəmmədi də həbs xəbərini təsdiqləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər