Digər

İsveçrə Rusiyaya sanksiya tətbiq etdi

12 Dec 2025, 19:50 1 baxış
İsveçrə Rusiyaya sanksiya tətbiq etdi

İsveçrə Federal Şurası (hökuməti) Avropa Birliyi tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaların 19-cu paketinə qoşulub.


Axar.az xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunmuş bəyanatda bildirilib.


"12 dekabr 2025-ci il tarixində Federal Şura Rusiya və Belarusa qarşı sanksiya siyahılarını genişləndirib. Beləliklə, İsveçrə 19-cu sanksiya paketinin bir hissəsi olaraq AB tərəfindən qəbul edilmiş müxtəlif düzəlişləri həyata keçirib", - bəyanatda deyilir.


Tədbirlər 13 dekabr 2025-ci il tarixində qüvvəyə minəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər