Digər

Lavrov ABŞ-ın sülh planının bu bəndlərini rədd etdi

12 Dec 2025, 15:50 1 baxış
Lavrov ABŞ-ın sülh planının bu bəndlərini rədd etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın təklif etdiyi ilkin sülh planının yeddi bəndini, o cümlədən təmas xəttinə əsaslanan ərazi mübadiləsini və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini faktiki olaraq rədd edib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.


“Lavrov Zaporojye və Xerson bölgələrindəki mövcud təmas xəttinin dondurulması, Zaporojye AES-in Rusiyanın deyil, MAQATE-nin nəzarəti altında yenidən işə salınması, Kiyevə etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi və Ukraynanın suverenliyinin təsdiqlənməsi ilə bağlı müddəaları faktiki olaraq rədd edib”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər