Digər

Rusiyanın 5 ən böyük neft zavodundan biri vuruldu - Video

12 Dec 2025, 10:28 1 baxış
Rusiyanın 5 ən böyük neft zavodundan biri vuruldu - Video

Ukrayna Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna dronlarla hücum edib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.


OSİNT analitikləri və monitorinq kanallarına görə, “Slavneft-YANOS” (Yaroslavnefteorgsintez) neft emalı zavodu hücuma məruz qalıb. Nəticədə partlayış və yanğın baş verib.


Qeyd edək ki, “Slavneft-YANOS” Rusiyanın beş ən böyük neft emalı zavodundan biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal edir.

Mənbə axar.az

Oxşar Xəbərlər