Siyasət
Bakıda iki avtomobil toqquşaraq qaz borusuna çırpıldı: Yanğın başladı
Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb. Belə ki, iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Toqquşma nəticəsində "Porsche Panamera" markalı avtomobil aşıb. Qəza nəticəsində yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar. Hadisə yerindən görüntüləri təqdim edirik:
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər