Siyasət
Xırdalanda avtomobil boruları zədələdi: Qaz təchizatı dayandırıldı
Xırdalan şəhərinin bəzi ərazilərində qazın verilişi dayandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Qeyd olunub ki, saat 17:45-də "AF Park" ərazisində avtomobil qaz xətlərini sındırıb. Bu səbəbdən "AF Park" yaşayış kompleksinin, Mehdi Hüseynzadə, Alim Qəhrəmanov, Əhməd Cavad küçələrinin qaz təchizatı dayandırılıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər