Siyasət
Meksika Azərbaycana hərbi attaşe təyin etdi
Meksika Azərbaycana hərbi attaşe təyin edib.
Meksikanın Bakıdakı səfirliyindən Axar.az-a verilən məlumata görə, bu vəzifəyə Marko Covanni Leyva Kontreras təyin olunub.
"Biz Hərbi Hava Qüvvələrinin polkovniki, Baş Qərargahın pilotu Marko Covanni Leyva Kontrerası iqamətgahı Ankarada yerləşən Meksikanın Azərbaycandakı hərbi attaşesi kimi salamlamaqdan məmnunuq. Bu təyinat Azərbaycan və Meksika arasındakı əlaqələri gücləndirəcək", - diplomatik nümayəndəlikdən qeyd ediblər.
Mənbə
axar.az
Oxşar Xəbərlər