Siyasət

Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi olub

11 Dec 2025, 18:18 1 baxış
Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi olub
Dekabrın 11-də Banqkok şəhərində Azərbaycanın Tailanddakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov səfirliyin açılış mərasimində iştirak edib. Nazir müavini səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb. Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vicavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər. Açılış mərasimindən sonra çoxsaylı rəsmi qonaqların iştirakı ilə ziyafət təşkil olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər