Siyasət

Bakıda "İrəvan qala-şəhərinin etnoqrafik xəritəsi"nin təqdimatı keçirilir

11 Dec 2025, 16:34 1 baxış
Bakıda "İrəvan qala-şəhərinin etnoqrafik xəritəsi"nin təqdimatı keçirilir
Bakıda "İrəvan qala-şəhərinin etnoqrafik xəritəsi"nin və eyniadlı veb-saytın təqdimatı keçirilir. Oxu.Az-ın xəbərinə görə, tədbir Bakı İncəsənət Mərkəzinin Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında təşkil olunub. Bu layihə çərçivəsində İrəvan qala-şəhərinin çoxəsrlik etnik mənzərəsini əks etdirən vizual materiallar, eləcə də qalanın daxilində mövcud olan dini və ictimai obyektlər haqqında məlumatlar toplanıb. Bu qəbildən layihə ölkəmizdə ilk dəfə təqdim olunur. Yuxarıda qeyd olunan xəritə vizual və yazılı arxiv mənbələrini müqayisə etməklə elmi-etnoqrafik yanaşma əsasında tərtib edilib. Xəritənin yaradılması üçün toplanan materiallar 1509-cu ildə İrəvan qalasının qurulmasından 1827-ci ildə qalanın Rusiya İmperiyası tərəfindən ələ keçirilməsinə qədər olan dövrü əhatə edir. Layihənin məqsədi elmi mənbələrə əsaslanaraq, İrəvan qala-şəhərinin etnik mənzərəsini və memarlıq infrastrukturunu vizual olaraq bərpa etməkdir. Bu xəritə İrəvanın tarixi-etnik irsini aydın və obyektiv şəkildə bərpa etməyə imkan verir.
{{gallery}} Rufina Abdullayeva
Mənbə oxu.az

Oxşar Xəbərlər