Siyasət

Bir direktor iki təhsil müəssisəsinə rəhbərlik edir? - Qurumdan RƏSMİ CAVAB

11 Dec 2025, 16:42 1 baxış
Bir direktor iki təhsil müəssisəsinə rəhbərlik edir? - Qurumdan RƏSMİ CAVAB
"Ankara məktəbi" məktəb-liseyinə 9 dekabr tarixindən Arzu Süleymanova direktor təyin olunub. A.Süleymanovanın eyni zamanda 177 nömrəli məktəbə rəhbərlik etdiyi iddia olunur. Bununla bağlı Oxu.Az-a valideynlər şikayət ünvanlayıblar. Bu məsələ "Ankara Liseyi"ndə təhsil alan məktəblilərin valideynlərinin narazılığına səbəb olub. Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsinə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vəzifə Arzu Süleymanovaya müvəqqəti həvalə olunub: "Bakı şəhəri 177 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Vaqif qızı Süleymanovaya 9 dekabr 2025-ci il tarixdən 3 ay müddətinə Bakı şəhəri "Ankara məktəbi" məktəb-liseyin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər