Siyasət

Turalın axtarışları davam edir - Rəsmi

11 Dec 2025, 16:01 1 baxış
Turalın axtarışları davam edir - Rəsmi

İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarışları davam edir.


Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.


Qurumdan bildirilib ki, bu il 27 sentyabr tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Tural Hüseynağa oğlu Sultanovun axtarışları davam etdirilir.


Axtarışlar FHN-in Aviasiya dəstəsinin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.


Qeyd edək ki, Tural Sultanov çalışdığı gəmidə itkin düşüb. O, ixtisasca həkim olub. Gəmi ilə yanaşı özəl klinkada həkim kimi fəaliyyət göstərib. O, sonuncu dəfə sentyabrda ailəsi ilə danışıb və oktyabrda geri dönəcəyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər