Siyasət
Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni inzibati bina tikiləcək
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni inzibati binanın inşası və laboratoriyalarının müasir tələblərə uyğun komplektləşdirilməsi nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bununla bağlı müddəa bu gün Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiya"da yer alır. Həmçinin məhkəmə ekspertizası idarələrinin mərkəzi və yerli qurumlarının ehtiyacları nəzərə alınmaqla yeni binaların inşa edilməsi də görüləcək tədbirlər sırasındadır. Sənədlə məhkəmə ekspertizası fəaliyyətinin maliyyə dayanıqlılığının təmin edilməsi və maliyyələşmə mənbələrinin gücləndirilməsi, ekspertiza xərclərinin ödənilməsi mexanizimləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, məhkəmə ekspertizası idarələrinin laboratoriyalarının şəraitinin yaxşılaşdırılması, həmin qurumların müasir avadanlıqla təmin edilməsi də nəzərdə tutulur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər