Siyasət
Azərbaycanda yeni növ və ixtisaslar üzrə məhkəmə ekspertizaları aparılacaq
Azərbaycanda yeni növ və ixtisaslar üzrə məhkəmə ekspertizaları aparılacaq. Oxu.Az xəbər verir ki, bununla bağlı müddəa bu gün Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiya"da yer alır. Sənədə görə, həmçinin məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər də görüləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər