Siyasət

Azərbaycanda özəl məhkəmə ekspertizası institutlarının yaradılması nəzərdə tutulur

11 Dec 2025, 15:00 1 baxış
Azərbaycanda özəl məhkəmə ekspertizası institutlarının yaradılması nəzərdə tutulur
Azərbaycanda özəl məhkəmə ekspertizası institutunun təşviq edilməsi və bu sahənin inkişaf etdirilməsi nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bununla bağlı müddəa bu gün Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiya"da yer alır. Həmçinin konsepsiyada müəyyən edilən hədəflər arasında məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, elm və texnikanın sürətli inkişafı, o cümlədən rəqəmsallaşma və biometrik autentifikasiya kimi yeni texnoloji tendensiyalarla uzlaşan fəaliyyətin təşkili, ekspertiza xidmətinə əlçatanlığın təmin edilməsi və ictimai etimadın yüksəldilməsi, ekspert rəylərinin keyfiyyətinin artırılması, məhkəmə ekspertizası idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi, sınaq laboratoriyalarının akkreditasiyasının təmin edilməsi, məhkəmə ekspertizası fəaliyyəti subyektlərinin tələbatı nəzərə alınaraq yeni növ və ixtisaslar üzrə ekspertizaların aparılması, yeni çağırışlar və qlobal trendlər nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın davamlı təkmilləşdirilməsi də var.
Mənbə oxu.az

Oxşar Xəbərlər