Siyasət
Aşağı Güzdək qəsəbəsindən ŞİKAYƏT: Yağış yağan kimi evlər su altında qalır
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin sakinləri mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbi ilə ciddi narahatlıq yaşayırlar. Oxu.Az-a bununla bağlı şikayət ünvanlayan sakinlərin sözlərinə görə, hər dəfə yağışdan sonra fərdi yaşayış evlərinin böyük hissəsi su altında qalır. Qəsəbə sakinləri bildirirlər ki, problem illərdir həll olunmur və bu, məişət şəraitinə, xüsusilə də uşaqlı ailələrin təhlükəsizliyinə ciddi təsir göstərir: "Yağış yağan kimi bütün evlər su altında qalır. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün yağış suları axıdılmır və həyətlərə dolur. Sizdən artıq dərəcədə xahiş edirik, bu problemi işıqlandırasınız". Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev
Məhərrəm Əliyev
Mənbə
oxu.az
Oxşar Xəbərlər