Siyasət

Şərurda kardioloji aparat olmadığı üçün infarkt keçirən xəstələr YOLDA ÖLÜRLƏR? – Nazirlik sorğudan YAYINDI

11 Dec 2025, 13:02 1 baxış
Şərurda kardioloji aparat olmadığı üçün infarkt keçirən xəstələr YOLDA ÖLÜRLƏR? – Nazirlik sorğudan YAYINDI
Şərurda infarkt keçirən xəstələrə ilkin tibbi yardımın göstərilmədiyi iddia olunur. Səbəb kimi rayon xəstəxanasında ürək müayinəsi üçün zəruri avadanlıqların işləməməsi göstərilir. Nəticədə xəstələrin 40 kilometr uzaqlıqdakı Naxçıvan Mərkəzi Xəstəxanasına göndərildiyi bildirilir. Bunun isə ağır xəstələrdə gecikmələrə, ciddi fəsadlara və bəzən ölümlərə səbəb olduğu qeyd olunur. Sakinlərin sözlərinə görə, kardioloqların özləri aparatların işləmədiyini vurğulayırlar. İnfarkt keçirmiş atasını təcili yardımla rayon xəstəxanasına aparan sakin "Gündəlik Naxçıvan"a danışaraq bildirib ki, yardım gecikdiyi üçün atası elə yoldaca dünyasını dəyişib. Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Naxçıvanın Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumdan dörd gündür ki, sorğumuza cavab veriləcəyi bildirilsə də, hər dəfə tarix uzadılıb. Nəticə etibarilə, nazirlik sorğumuzu cavabsız qoyub. Xatırladaq ki, sözügedən xəstəxana ilə bağlı çox sayda şikayət var. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər