Siyasət

Nazir müavini: "Rəqəmsallaşma ilə bağlı hüquqi tənzimləmələr istiqamətində addımlar atılmalıdır"

10 Dec 2025, 15:59 1 baxış
Nazir müavini: "Rəqəmsallaşma ilə bağlı hüquqi tənzimləmələr istiqamətində addımlar atılmalıdır"
"Rəqəmsallaşma ilə bağlı proseslər yenidən təhlil olunmalı və effektiv hüquqi tənzimləmələr istiqamətində addımlar atılmalıdır". Oxu.Az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Mədəniyyət və hüquq: Müasir çağırışlar forumu" çərçivəsində baş tutan "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" adlı panel müzakirədə çıxışı zamanı deyib. O bildirib ki, rəqəmsal transformasiya dönəmində cəmiyyətimiz üçün lazımlı addımlar atılmalıdır: "Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dönəmdə ayrıca hüquqi mexanizm və metodlar formalaşdırılmalı və tətbiq edilməlidir. Məsələn, tarixi abidələrin qorunması prosesində rəqəmsallaşmanı tətbiq edə bilərik. Bununla bağlı qanunvericilikdə dəyişiklik edilə bilər". Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər