Siyasət
Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif olunur
Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif olunur. Oxu.Az xəbər verir ki, bu təklifi kulturoloq Fuad Məmmədov Bakıda keçirilən "Mədəniyyət və hüquq: Müasir çağırışlar" forumu çərçivəsində baş tutan "Mədəniyyət və hüquq" adlı panel müzakirələri zamanı deyib. O bildirib ki, bu akademiya Mədəniyyət Nazirliyinin tərkibində olmalıdır: "Nazirliyin tərkibində Heydər Əliyev adına Kulturoloji Akademiyanın yaradılmasını təklif edirəm. Bu, bizim işlərimizin sürətlə həyata keçirilməsinə yardım edəcək". Həmçinin Fuad Məmmədov kulturoloji təhsilin icbari olmasını təklif edib. Aqil Vəlili
Mənbə
oxu.az