Siyasət

Hüseyn Büyükfırat II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun məqsədini açıqladı

10 Dec 2025, 11:42 1 baxış
Hüseyn Büyükfırat II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun məqsədini açıqladı
"2025-ci ildə Türkiyə-Azərbaycan iş dünyasında "Yeni üfüqlər" sloqanı ilə bir proses başlandı. Məqsəd hər iki ölkənin iqtisadiyyatının inkişafına töhfə verməkdir". Oxu.Az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat iki həftə sonra baş tutacaq II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə başda Azərbaycan iqtisadiyyat naziri və Türkiyə ticarət nazirinin dəstəyi olmaqla, 23 dekabrda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək: "Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı forumda iştirak edəcəklər. Tədbirdə 500-dən çox şəxsin iştirakı və 6 panel sessiyanın olacağı gözlənilir". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər