Siyasət

Əməyin mühafizəsi qaydaları bu şəxslər üçün də tətbiq ediləcək

10 Dec 2025, 01:40 1 baxış
Əməyin mühafizəsi qaydaları bu şəxslər üçün də tətbiq ediləcək

Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerlərinin siyahısı genişləndiriləcək.


Axar.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.


Layihəyə əsasən, Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları mütləq inzibati tənbeh və ya cəza növü kimi ictimai işləri yerinə yetirən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.

Mənbə axar.az

Oxşar Xəbərlər