Siyasət

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

08 Dec 2025, 15:30 1 baxış
20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

Ukraynalı bloger Andrey Popik 1990-cı ildə Bakıda qırğın törətmiş Sovet İttifaqı qoşununun əsgərindən (adı məlum deyil-red.) müsahibə alıb.


Axar.az xəbər verir ki, o, müsahibəni Yutub kanalında yayımlayıb.


Andrey Popik: 1990-cı ildə Qara Yanvar faciəsində iştirak etmisiniz?


Sovet İttifaqı qoşununun keçmiş əsgəri: Əlbəttə ki! Mən xidmətdə idim. Bu qanunsuz, icazəsiz mitinqlər idi.


- Axı, bu, silahsız insanlar idi və sən onları öldürürdün.


- Onlar qanuni hakimiyyətin getməsini tələb edirdilər.


- Sən hansi ildən azərbaycanlıları öldürməyə başladın?


- Orada hər şey 1989-cu ildən başladı. Axı bunun nə fərqi var ki? Nə fərqi var?


- Sən niyə o, insanların qarşısına silahla çıxmışdın?


- Qanuni hakimiyyəti qorumaq üçün.


- Azərbaycanlılar müstəqillik istəyirdilər və bu, konstitusiyaya əsasən onların haqqı idi, sən isə onların qanuni azadlıq tələblərinə qarşı çıxmısan. Bu mitinqlərdə 100-dən çox sadə vətəndaş oldürülüb.


- Həmin 100 nəfər sadə vətəndaş azərbaycanlılar tərəfindən öldürülən ermənilər olub (20 Yanvarda qətlə yetirilənlər arasında bir nəfər də erməni yoxdur – red.). Radikallar isə binadan bizim hərbi şəhərciyə atəş açmağa başlamışdılar. Orda komendat saatı tətbiq olunmuşdu.


- Bakıya Sovet İttifaqının 20 min hərbi kontingenti daxil edilmişdi, düzdü?


- “Sovet qoşunlarının əsgərləri” demək tam düzgün deyil, çünki ora Krasnodar diyarından, Rostovdan partizanlar cəlb edilmişdi. Amma heç kim sadə vətəndaşı öldürməyib.


- Mənim əlimdə rəsmi bəyanat var, necə yəni sadə vətəndaşlar öldürülməyib?


- Sən əlində olanı oxuyursan, mən isə bu hadisənin birbaşa iştirakçısıyam. Bizə 15 mərtəbəli binadan odlu silahdan atəş açılmışdı (Bakıda o dövrdə 15 mərtəbəli bina yox idi – red.)


- 20 Yanvar faciəsi zamanı insanlar vəhşicəsinə öldürülüb...


- Deməli, Rusiya ərazisindən Bakıya ordu yeridildi. O zaman komendant saatı elan olundu. Səhv etmirəmsə, axşam saat 18:00-a qədər. Buna uyğun olaraq 6-dan sonra şəhərdə heç bir hərəkət olmamalı idi. Öldürmək barədə əmr verilməmişdi.


- Belə çıxır ki sizə əmr verilmədən, özünüz sadə insanları öldürmüsünüz?


- Məni provakasiyaya çəkmə. Hərbçilərə vətəndaşlara atəş açmaqla bağlı göstəriş verilməmişdi.


- Bəs bu vətəndaşları kim öldürdü? Baxın, 130-dan 170-ə qədər vətəndaş öldürülüb.


- Bu, yalandır, vəssalam.


- Axı bu rəsmi məlumatdır necə yalan ola bilər. Yalançı sənsən!


Daha ətraflı videoda:


Mənbə axar.az

Oxşar Xəbərlər