Siyasət
Səfir: "Sülh sazişi imzalandıqdan sonra Koreya şirkətləri üçün Azərbaycanda daha çox investisiya imkanları yaranacaq"
"Koreya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində əldə edilən son nailiyyətləri alqışlayır və hər iki ölkənin barışıq səylərini dəstəkləyir". Oxu.Az xəbər verir ki, bu fikirləri Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu "Report"a müsahibəsində deyib: "Hal-hazırda Koreya ITF (Minatəmizləməyə və mina qurbanlarına yardım üzrə Beynəlxalq Fond - red.) vasitəsilə Azərbaycanda minatəmizləmə səylərini dəstəkləyir. Bununla yanaşı, 2018-ci ildən bəri KOICA (Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi - red.) Azərbaycanın ənənəvi (yeraltı - red.) su təchizatı sistemi olan kəhrizlərin bərpasında iştirak edir. Bu kəhrizlərin bəziləri azad edilmiş ərazilərdə bərpa edilib. Biz Azərbaycan hökuməti ilə bu istiqamətdə səylərin genişləndirilməsinə dair müzakirələr aparırıq. Hesab edirəm ki, (Azərbaycan və Ermənistan arasında - red.) sülh sazişi imzalandıqdan sonra Koreya şirkətləri üçün daha çox investisiya imkanları yaranacaq".
Mənbə
oxu.az