Siyasət

"Global Media Group"a daxil olan media subyektlərinin əməkdaşları müsabiqədə qalib olublar

08 Dec 2025, 14:38 1 baxış
"Global Media Group"a daxil olan media subyektlərinin əməkdaşları müsabiqədə qalib olublar
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 30 oktyabr 2025-ci il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. Müsabiqədə "Global Media Group" şirkətlər qrupuna daxil olan media subyektlərinin də əməkdaşları qalib olublar: Ən yaxşı reportaj nominasiyası üzrə - "Report" İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə və Caliber.Az saytının əməkdaşı Timur Rzayev; Ən yaxşı ictimai-siyasi təhlil nominasiyası üzrə - "Kaspi" qəzetinin əməkdaşı Azad Əliyev; Ən yaxşı jurnalist araşdırması üzrə - "Report" İnformasiya Agentliyinin əməkdaşı Nihat Piriyev və Oxu.Az saytının əməkdaşı Əzizə İsmayılova; Ən yaxşı sosial-iqtisadi reportaj nominasiyası üzrə - Baku TV-nin əməkdaşı Vüsal Lalayev qalib gəliblər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər