Cəmiyyət

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

27 Nov 2026, 23:41 4 baxış
Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox


Rusiya hökuməti ölkədən qarabaşaq yarması ixracına yeni müvəqqəti qadağa qoymaq qərarına gəlib. Məhdudiyyət 6 ay müddətində qüvvədə olacaq.


Axar.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin sosial şəbəkə hesabında məlumat yayılıb.


Bildirilib ki, qarabaşaq yarması ixracına qadağa AİB ölkələrinə şamil edilməyəcək.


Bundan əlavə, Rusiya hökuməti aviasiya yanacağının ixracına qoyulan qadağanı 31 mart 2027-ci ilə qədər uzadıb.


Qeyd edək ki, Aİİ-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

Mənbə axar.az

Oxşar Xəbərlər