Digər
ATƏT-ə sədrlik Azərbaycana keçəcək?
"ATƏT-in hazırda fəaliyyətdə olan sədri İsveçrədir. Fəaliyyətdə olan sədrin vəzifəsi dekabrın 31-də başa çatır". Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, hansı ölkənin seçilməsi barədə müzakirələr gedir: "Sədrliklə bağlı alternativ təkliflər irəli sürüldü və Azərbaycana da təklif edildi ki, namizədliyimiz irəli sürülə bilər və fikrimiz nədən ibarətdir? Biz münasibət bildirdik ki, Azərbaycan ATƏT məkanında mövcud gərgin durumu nəzərə alaraq təşkilatın gələcəyinə töhfə verməyə hazırdır".
Mənbə
oxu.az