Digər
Estoniya Bakıda səfirlik açır: iki ölkə arasında əlaqələr genişlənir
Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna tarixi hadisə üçün - Estoniya Respublikasının Bakıdakı səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycan paytaxtına gəlib. Oxu.Az-ın məlumatına görə, bu barədə nazir özünün "X" sosial şəbəkə profilində paylaşım edib. "Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmi şəkildə açırıq - bu, iki ölkəmiz arasında artan əlaqələri əks etdirən mühüm mərhələdir", - deyə Tsahkna Bakıya enişdən dərhal sonra yazıb.
Səfər çərçivəsində Estoniya diplomatiyasının rəhbəri bir sıra görüşlər keçirməyi planlaşdırır, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq. Gündəlikdə geniş istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi yollarının müzakirəsi, həmçinin regional və Avropa təhlükəsizliyi məsələləri yer alır.

Mənbə
oxu.az