Cəmiyyət
Ağdərəyə qayıdan keçmiş məcburi köçkün: "Bir oğlumla gəlmişdim, üçü ilə geri dönürəm"
"32 ildən sonra Ağdərənin Çıldıran kəndinə üç oğlumla qayıdıram". Oxu. Az-ın məlumatına görə, bunu növbəti köç karvanı ilə 32 ildən sonra doğma kəndinə qayıdan keçmiş məcburi köçkün Səadət Əşrəfova deyib. O bildirib ki, doğma kəndindən 23 yaşında ayrılıb: "Hazırda 55 yaşım var. Şükür, 32 ildən sonra öz torpağımıza, vətənimizə qayıdırıq. Hamımız sevincliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bu gün torpağımıza, vətənimizə qayıdırıq". S.Əşrəfova bir oğlu ilə məcburi köçkün olduğunu, üç oğlu ilə birlikdə geri döndüyünü vurğulayıb.
Mənbə
oxu.az