Cəmiyyət

Paytaxtda binanın həyətində təhlükə: Su anbarının üstü açıq qalıb - Video

27 Nov 2026, 00:00 1 baxış
Paytaxtda binanın həyətində təhlükə: Su anbarının üstü açıq qalıb - Video
Bakıda yaşayış binasının həyətində yanğınsöndürmə üçün nəzərdə tutulmuş su anbarının üst paneli çöküb. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində yaşayan sakinlər təqribən dörd metr dərinliyi olan su anbarının üstünün açıq qalmasının olduqca təhlükəli olduğunu bildiriblər.

Küçədə yerləşən 18 nömrəli binanın digər problemi isə zirzəmisinin su ilə dolmasıdır. Sakinlərin sözlərinə görə, zirzəmidə istilik xəttinə aid borulardan biri partlayıb. Binanın həyətində yanğınsöndürmə üçün nəzərdə tutulmuş su anbarının üst panelinin çökməsi ilə bağlı əvvəlcə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Qurumdan məsələnin onların səlahiyyətində olmadığı bildirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən də eyni cavab verilib. Xətai Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlansa da, cavab alınmayıb. "Azəristiliktəchizat" ASC-dən isə bildirilib ki, binanın zirzəmisinin təmizlənməsi üçün aidiyyəti quruma məlumat verilib. Zirzəmi təmizləndikdən sonra istilik təchizatı bərpa olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər