Cəmiyyət

Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - Video

26 Nov 2026, 22:46 2 baxış
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - Video
Bakıda pik saatlarda iki böyük prospektin nəqliyyat yükünü azaltmaq məqsədilə onlara paralel inşa edilən avtomobil yolunda işlər yekunlaşmaq üzrədir. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib. Dövlət Proqramına əsasən, avtomobil yolunun Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsi altı hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, ümumi uzunluğu 2,6 km olan qollar, rampalar və yanaşma yolları da layihəyə daxildir.

Avtomobil yolunda ümumi uzunluğu iki min metrdən çox olan dörd tunelin və ümumi uzunluğu 112 metr olan üç yeraltı piyada keçidinin inşası da nəzərdə tutulub. Onlardan bir neçəsinin tikintisi artıq yekunlaşıb. Layihə çərçivəsində tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir. Hazırda metronun "Ulduz" stansiyasından Həsən Əliyev küçəsi istiqamətində də işlər görülür. Tikinti-quraşdırma işlərinin nəzərdə tutulan müddətdə başa çatdırılması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər