İdman
"Milan" səfərdə "Olimpiakos"a qalib gəlib - Video
UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda "Milan" səfərdə "Olimpiakos"u səfərdə 2:4 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qonaqların heyətində Omari Hatçinson 56-cı, Alfadjo Sisse 63-cü, Kristian Pulişiç 71-ci, Dieqo Moreyra isə 90+5-ci dəqiqədə fərqlənib. "Milan"ın qapıçısı Mayk Menyan 31-ci dəqiqədə avtoqol müəllifi olub. Meydan sahiblərinin heyətində isə yarımmüdafiəçi Jota Silva 49-cu dəqiqədə fərqlənib.
Bu qələbədən sonra xallarının sayını altıya çatdıran "Milan" turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb. 10 xalı olan "Olimpiakos" isə yeddinci yerdədir.
Bu qələbədən sonra xallarının sayını altıya çatdıran "Milan" turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb. 10 xalı olan "Olimpiakos" isə yeddinci yerdədir.
Mənbə
oxu.az