Dünya
Netanyahu açıqladı: HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbəri məhv edilib
İsrail ordusu Fələstinin HƏMAS hərəkatının daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim Əbu Nahalı zərərsizləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib. Hökumət başçısı "X" sosial şəbəkəsindəki paylaşımında "İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin başçısı Naim Əbu Nahalı məhv edib", - deyə bildirib.
Mənbə
oxu.az