Dünya

Mərhum Papa Fransiskin gündəliyindən gizli qeydlər yayımlandı: "Mən şeytanı gördüm"

24 Nov 2026, 16:58 3 baxış
Mərhum Papa Fransiskin gündəliyindən gizli qeydlər yayımlandı: "Mən şeytanı gördüm"
Vatikan mərhum Roma Papası Fransiskin gündəliyindən şəxsi qeydlərini ictimaiyyətə təqdim edib. "Papa Fransiskin şəxsi gündəliyi" adlı kitab beş dildə nəşr olunub və dünyanın 94 ölkəsində yayılacaq. Oxu.Az-ın "Vatican News"a istinadən verdiyi xəbərə görə, bu nəşri İnanc Doktrinası Dikasteriyasının prefekti (başçı, vali) Viktor Manuel Fernandes hazırlayıb. Onun sözlərinə əsasən, qeydlərin açıqlanması pontifikin öz istəyi ilə həyata keçirilib və hazırkı Papa XIV Leo tərəfindən təsdiqlənib. Gündəlik 1992-ci ildən 2024-cü ilə qədər olan dövrü əhatə edir. Burada Fransisk öz qorxuları, şübhələri, mənəvi böhranları, hakimiyyət sınaqları və qocalmağın çətinlikləri barədə səmimi şəkildə bəhs edir. Şeytanla qarşılaşmalar barədə olan qeydlər xüsusi diqqət çəkib. Pontifik onu üç dəfə gördüyünü və səsini eşitdiyini iddia edib. 2016-cı ilə aid qeydlərin birində o, "Mən şeytanı gördüm" deyə yazıb. 2021-ci ildə isə Fransisk Katolik kilsəsindəki zorakılıq qalmaqalı fonunda apardığı mənəvi mübarizəni də xatırladıb. Fernandesin bildirdiyinə görə, pontifik üçün ən ağır dövr mənəvi böhranın səhhətinin pisləşməsi ilə üst-üstə düşdüyü 2021-2022-ci illər olub. Fransisk təsəllini dində, dualarda və ehtiyacı olanlara xidmətdə tapırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər