Digər
Olqa Buzovadan prodüserinin faciəli ölümü ilə bağlı paylaşım
Rusiyalı müğənni Olqa Buzova musiqi prodüseri Elmir Məhərrəmovun ölüm xəbərindən sonra izləyiciləri ilə öz hisslərini bölüşüb. Oxu.Az xəbər verir ki, müğənni bununla bağlı şəxsi bloqunda xüsusi müraciət yayımlayıb. Faciə barədə öz komandasından məlumat alan Buzova mərhum prodüserlə birgə çəkilmiş şəklini paylaşıb.
"Elmir həlak oldu. Çox gənc, yaraşıqlı və mehriban idi. Hələ çox yaşamalı idi... Hər şey qaydasına düşmüşdü. İşlərin çox yaxşı, yüksələn xətlə gedirdi... Axı necə oldu?" - deyə Olqa qeyd edib. İfaçı mərhum prodüserin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. "İlahi, səninlə bağlı o qədər isti xatirələr var ki... Qələbələrimiz, konsertlərimiz, ilk şoular, ad günləri, qastrol səfərləri... Çox böyük dərddir. İçimdə sanki bir boşluq yarandı. Onun iri gözləri hələ də gözümün önündədir... Həmin gözlərdə nə qədər nur, sevinc və sevgi var idi... Mənim Elim, sən daim qəlbimdə yaşayacaqsan", - deyə Buzova şəxsi bloqunda yazıb.
Xatırladaq ki, Elmir Məhərrəmov noyabrın 23-də faciəli şəkildə vəfat edib. O, 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində çalışıb. "Self Made Music", "Archer Music" və "Out of Records" kimi tanınmış leybllara rəhbərlik edib. Onun əməkdaşlıq etdiyi sənətçilər arasında Olqa Buzova, Dima Bilan, "Artik & Asti", "T-Killah" və digər ulduzlar yer alıblar. Bundan əlavə, Elmir kino sahəsində də fəaliyyət göstərib - xüsusən də "San-Fransiskodan olan sərnişin" (Пассажир из Сан-Франциско) serialını qeyd etmək lazımdır.

Mənbə
oxu.az