Siyasət
Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü
17:10
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.
Qeyd olunub ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
***
Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.
Mənbə
axar.az